Şəhidlərin doğmaları Bərdə terrorundan danışdılar: “Balam bir dəfə, mən hər
gün yanıram” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2020-ci il oktyabrın 28-də Ermənistan ordusu Bərdənin dinc əhalisini raket
atəşinə məruz qoyub.
Nəticədə 20 nəfər həlak olub, 82 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Oğlu Məhərrəm Mustafayevi həmin hadisədə itirən Sehranə Mustafayeva Baku TV-yə
terrorun dəhşətlərindən danışıb.
“İşdən çıxmışdı. Çörək alıb evə gələndə ətrafında bomba partlayıb və maşını
alışıb. Balam bir dəfə, mən isə hər gün yanıram”, – deyə o bildirib.
Şəhid Məhərrəmin anası oğlunun xeyirxah əməlindən də söz açıb:
“Oğlum 44 günlük müharibədə Bərdə xəstəxanasına gətirilən iki əsgərə qan
verib. Mən onunla fəxr edirəm. Bir oğul itirdim, ikisini tapdım”.
Ətraflı videonu təqdim edirik: