Səhiyyə nazirinin müavini vəfat edib

Səhiyyə nazirinin müavini vəfat edib

Baxış sayı: 2. 192 dəfə baxılıb.

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

Bu haqda ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, A. Vəlibəyov bu gün səhər saatlarına yaxın 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A. Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb.

1971-1974-ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!

.
www.ÇıxışYolu.Com