66fb8587-0d98-4e34-a232-a2d697967074..jpg

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT edib

Baxış sayı: 400 dəfə baxılıb.

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qış mövsümü və havaların qeyri-sabit keçməsi ilə əlaqədar bütün respirator
xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca
infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir”.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin əhaliyə
müraciətində qeyd edilir.

Bildirilir ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan
uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator
xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları
hesab edilir.

“Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və
istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi
tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan
fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət
etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil
edilməsini tövsiyə edir.

Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı,
özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”, – deyə
müraciətdə vurğulanır.

Source link