Səhiyyə Nazirliyi: “Xocalıda 600-ə yaxın şəxsə məxsus sümük qalıqları var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hazırda 600-ə yaxın şəxsə məxsus sümük qalıqları var”.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Ə.Həsənov bildirib ki, onların müayinələrinin başa çatdırılanı da var: “Hətta
şəxsiyyətinin identifikasiyası başa çatdırılan da var. Onlar sahiblərinə Əsir
və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
tərəfindən təhvil verilib”.