dcfce7ca-6f78-4660-a8d8-51e49db9f38a..jpg

Səhiyyə Nazirliyində Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş keçirildi

Baxış sayı: 437 dəfə baxılıb.

Səhiyyə Nazirliyində Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş
keçirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Səhiyyə Nazirliyində “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası”
çərçivəsində özbəkistanlı həmkarları ilə birgə tibbi əməliyyatlar keçirmək üçün
Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ilk növbədə Azərbaycan və Özbəkistanın səhiyyə
sahəsinin inkişafına xidmət edəcək bu tədbirin keçirilməsində göstərilən
yüksəsk dəstəyə görə, Heydər Əliyev Fonduna və ölkənin birinci
vitse-prezidentinə minnətdarlıq ifadə edilib.

Uğurlu cərrahiyyə əməliyyatları və tibbi müayinələr apardıqlarına görə
həkimlərə təşəkkürünü bildirən Teymur Musayev bildirib:

“Hər iki ölkənin prezidentlərinin rəhbərliyi altında Azərbaycan-Özbəkistan
arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental əsaslar yaradılıb, bu
əlaqələrin daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin
möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Tərəfdaşlıq əlaqələrinin digər sahələrlə yanaşı səhiyyə sektorunda da getdikcə
gücləndirilməsini qeyd edən nazir bildib:

“Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan
“Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası”nın keçirilməsi bu əlaqələrin bariz
nümunəsidir. Yüksək səviyyədə təşkil olunan dekada və forum ölkələr arasında
səhiyyə sahəsində münasibətləri yeni müstəviyə keçirməklə, bu istiqamətdə
uğurlu inkişaf perspektivləri və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarını
müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradıb”.

“Dekada çərçivəsində birgə aparılan uğurlu cərrahi əməliyyatlar, müalicə və
müayinə tədbirlərinin hər iki ölkənin həkim mütəxəssislərinin praktiki tibbi
təcrübə mübadiləsinin həyata keçirilməsi, peşəkarlıq, bilik və bacarıqlarının
artırılması ilə yanaşı əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında
mühüm addımdır”, – deyə nazir vurğulayıb.

Həyata keçirilən tədbirlər barədə məlumat verən həkimlər bildiriblər ki,
“Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Azərbaycandan olan 14
həkim tərəfindən özbəkistanlı həmkarları ilə birgə yerli əhaliyə müasir tibbi
avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla 100-dən artıq müxtəlif cərrahiyyə
əməliyyatları icra edilib, müayinə və müalicələri həyata keçirilib.

Paytaxt Daşkəndlə yanaşı Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və
digər bölgələrində neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi,
transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə,
travmatologiya və ortopediya, onkologiya, oftalmologiya və ağır rekonstruktiv
əməliyyatların icra edildiyi bildirilib.

Sonda səhiyyə dekadası çərçivəsində tibbi əməliyyatların keçirilməsi üçün
Özbəkistana ezam olunan həkim mütəxəssislər Səhiyyə Nazirliyinin diplomları ilə
təltif ediliblər.

Source link