Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.
Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ÇıxışYolu.Com-a məlumatı təsdiqləyib.
Bildirib ki, o, elmi fəaliyyətlə məşğul olacağı üçün öz xahişi ilə işdən çıxıb.
Hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.
Qeyd edək ki, L.Bayramova nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.