Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən 51-ci Beynəlxalq Şahmat Festivalına qələbə ilə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, şahmatçımız ağ fiqurlarla İsveçrəni təmsil edən Niko Qeorqiadisə qalib gəlib.
İlk turdan sonra Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə birgə başçılıq edir. Növbəti turda şahmatçımız Çexiya şahmatçısı David Navaraya qarşı mübarizə aparacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com