Berlində şahmat üzrə İddiaçılar turnirinin beşinci turu yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, Şəhriyar Məmmədyarov və Çinli qrossmeyster Din Lijen arasında keçirilən partiya 31-ci gedişdə heç-heçə ilə bitib.
Bu hazırda aktivində üç xal olan azərbayçanlı şahmat ustasının Berlin turnirindəki 4-cü heç-heçəsidir.
Turnirin qalibi Norveçli Maqnus Karlsenlə matçda çempionluq tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.