Müğənni Səidə Sultan “ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, şəxsi həyatı ilə bağlı açıqlamalar verən ifaçı bildirib ki, Səidənin adına görə onunla sevgili olmaq istəyirlər:
“Sevgilim yoxdur. Fikrim ancaq işimdədir. Mənim üçün sevgi mənasızdır. Məni sevəcək olan adam çalışır ki, “mən Səidə Sultanın sevgilisiyəm” ifadəsinə görə mənimlə sevgili olsun. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı istifadə edir.
Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, kimsə bəyənməyib deyə evlənməyib. Bu, mənim qərarımdır. Azərbaycanda qonşuya, qohuma görə yaşayırıq. Mən isə özüm üçün yaşayıram. İstəmirəm ki, ailəmi qurum, sonra da dağıdım”.
Səidə bu yaxınlarda ona elçi gələn oğlanı boğmaq istədiyini deyib:
“Elçilərim oldu. Evdə də məni razı saldılar. Sözsüz ki, hazırlıqlar olmalı idi. Heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan bir az da burada qalsa, onu boğub öldürəcəm.
Özünün sözü olan, mərdi-mərdanə, kişi kimi oğlana getmək istəyirəm. Camaatdan asılı şəkildə yaşayan adam mənlik deyil. “Dostum nə isə deyər” düşüncəsi ilə yaşayan adamla ailə həyatı qurmaram”.