975d886e-38fa-478a-88f4-717159d072e5..jpg

Səidə Sultan: “Uşaq əvəzinə itdən-pişikdən saxlayacağam” – VİDEO

Baxış sayı: 499 dəfə baxılıb.

Səidə Sultan: “Uşaq əvəzinə itdən-pişikdən saxlayacağam” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənə toy lazım deyildi. Məndən olsa, toy etməzdim. Bu məsələlərə bir qədər
başqa cür baxıram. Toy olması, uşaq olması şərt deyil. Mən o ağılda biri
deyiləm. Anam və bacılarıma görə, toy etdim. Toy etdiyim üçün indi deyinirəm.
Nəyə lazım idi axı?”

Cixisyolu.com xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “MTV” televiziyasında
yayımlanan verilişlərdən birində aparıcının ailə həyatı ilə bağlı verdiyi sualı
cavablandırarkən deyib.

Səidə Sultan aparıcının uşaq ilə bağlı sualına belə cavab verib:

“Uşaq sevmirəm. Artıq gec olduğunu düşünürəm. Uşaq məsuliyyətdir. İtdən,
pişikdən saxlayacağam da. Buna görə əlləşib, vuruşmuram. Hər gün bacım mənə
uşaq şəkilləri göndərir. Dedim ki, istəyirsənsə, özün dünyaya gətir”.

Nəzrin Vahid


Source link