Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.
Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi
ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən
piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.