Şəkidə 68 yaşlı kişinin hamam otağında meyiti tapılıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə M.F.Axundov küçəsi, 143 saylı evdə qeydə alınıb.
Rayon sakini İntizar Ələkbərova həyat yoldaşı Ələkbərov Rasim Məmmədəli oğlunun meyitini yaşadığı evin hamam otağında aşkar edib.
Meyit xarici və daxili müayinə olunub. Onun üzərində xəsarət, zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin araşdırma zamanı məlum olub ki, R.Ələkbərov hamam otağında qəfil infakt keçirib.
Fakt araşdırılır.
Dursun Tağıyeva