f5fb8ec7-e3d0-4f60-9e28-fb2da7f96f92..jpg

Şəkidə avtomobil dərəyə aşdı: Xəsarət alan var – YENİLƏNİB + FOTO

Baxış sayı: 309 dəfə baxılıb.

Şəkidə avtomobil dərəyə aşdı: Xəsarət alan var – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki-Qax yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində avtomobil dərəyə aşıb.

AZƏRTAC xəbər verir ki, hadisə axşam saat 22:30 radələrində qeydə alınıb.

Belə ki, rayonun Aşağı Göynük kənd sakini Əfqan Mahmudovun idarə etdiyi “Ford”
markalı minik avtomobili hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində
yolun kənarındakı dərəyə aşıb.

Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığından hadisə yerinə
Təcili Tibbi Yardım çağırılıb. Əfqan Mahmudova ilkin tibbi yardım göstəriləndən
sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onun müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddinin yüksək olması
olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
bildirilib ki, baş vermiş qəza ilə bağlı araşdırma başlanılıb.

01.12.2023, 23:48

Şəkidə avtomobil aşıb, sürücü xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun İnçə kəndi
ərazisində baş verib.

Belə ki, Əfqan Mahmudov idarə etdiyi VAZ-21099 markalı avtomobillə hərəkətdə
olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link