fd6866c9-4514-47f4-8544-4d09bc5eee6f..jpg

Şəkidə Azərbaycanın ilk xatirə muzeyi – VİDEO

Baxış sayı: 634 dəfə baxılıb.

Şəkidə Azərbaycanın ilk xatirə muzeyi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə yerləşən Mirzə Fətəli Axundovun ev muzeyi Azərbaycanda açılmış ilk
xatirə muzeyidir.

Mirzə Fətəli Axundov Azərbaycan maarifçisi, materialist filosofu və ictimai
xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin
banisidir. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də
burada keçib.

M.F.Axundovun ev muzeyi iki binadan – həyat və yaradıcılığına həsr olunmuş
ekspozisiya zalından və Axundovun anadan olduğu evdən ibarətdir. Bu ev təxminən
1800-cü ildə sırf Şəki memarlıq ənənəsi ilə, çiy kərpicdən inşa olunub, iki
otaq, bir eyvan və zirzəmidən ibarətdir.

Mərtəbələr arasında ağac konstruksiya var. Buxarısı da binanın Şərq üslubunda
tikildiyini göstərir. Otaqda qədim əşyalar sərgilənir. Evin digər otağında isə
M.F.Axundovun anasının məişət əşyaları yer alır. Vaxtilə həyətdə daş və kərpic
divarlar, Şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəli Axundzadənin
əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir
ev də olub. Azərbaycanda ilk olan bu xatirə muzeyi 1940-cı ildə yaradılıb.
Muzey iç-içə iki kiçik otaqdan ibarət idi. 1975-ci ildə “Ekspozisiya” zalı
tikilib.

Muzeyin fondunda 516 ədəd qiymətli eksponat qorunub saxlanılır. Axundovun 200
illik yubileyinin şərəfinə ev-muzeyində 2011-2012-ci illərdə əsaslı təmir
işləri aparılıb. Muzeyin həyətində Mirzə Fətəli Axundzadənin büstü var.

Ətraflı İctimai Televiziyanın (İTV) süjetini təqdim edirik:


Source link