Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ
müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğlu Məmmədovun meyitinin
qalıqları Şəki rayonunun Zəyzid kəndinə aparılıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə
təhvil verilib.
Şəhidin nəşi Zəyzid kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli
şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov 1974-cü il sentyabrın 9-da Şəki
rayonunun Orta Zəyzid kəndində anadan olub. O, 1993-cü il Ağdərə rayonunun
Mehmanə kəndi istiqamətində itkin düşüb.