Şəkidə fəhlə hündürlükdən yıxılıb öldü

Şəkidə fəhlə hündürlükdən yıxılıb öldü

Baxış sayı: 2. 923 dəfə baxılıb.

Şəkidə fəhlə hündürlükdən yıxılıb öldü

Şəkidə fəhlə tikintidə ölüb.

ÇıxışYolu.Com xəbər verir ki, Şəki rayon Prokurorluğundan “Trend”ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

www.ÇıxışYolu.Com