8dc0b044-3eb8-432b-a71d-51bdb68bd071..jpg

Şəkidə keçirilən kros qaçışı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib – FOTO

Baxış sayı: 391 dəfə baxılıb.

Şəkidə keçirilən kros qaçışı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə
təşkilatçılığı ilə Şəkidə kros qaçışı üzrə ölkə çempionatının qalibləri məlum
olub.

AZƏRTAC xəbər verir ki, ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı
Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ,
Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli
ölkə çempionu olub. Altı kilometr məsafədə Bakı idmançısı Nihat Cabbarlı, üç və
iki kilometrdə isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər
Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qadınlar arasında altı kilometr məsafəyə qaçışda Anna Yusupova bütün
rəqiblərini geridə qoyub. Dörd kilometrdə Naxçıvan idmançısı Aysu Abbasova, iki
və bir kilometr məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila
Heydərova yarışın qalibi adını qazanıblar.

Source link