Şəkidə məhkumun basdırdığı silah aşkarlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah
aşkar edilərək götürülüb.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış
tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun
azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət
kəndi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.