1aa89af4-60f9-4b41-912f-ab7e86c07713..jpg

Şəkidə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 33 sürücü məsuliyyətə cəlb olunub

Baxış sayı: 413 dəfə baxılıb.

Şəkidə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 33
sürücü məsuliyyətə cəlb olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının
həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitənin təsiri
altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü Anar Zamanov təhlükəsizlik
kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı
sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhə yarandığından o, tibbi
müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, A.Zamanovun narkotik vasitə
olan marixuana istifadə etdiyi üzə çıxıb. Həmin şəxs barəsində toplanmış
materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son bir ayda bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində
sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 33
sürücü barəsində intizam tədbiri görülüb.

Source link