1f5b80c5-912d-4601-bbe2-fec093fccfd7..jpg

Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yanıb – FOTO

Baxış sayı: 381 dəfə baxılıb.

Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu
kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili
yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan TIR markalı
yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin
yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə
düşüb.

Faktla bağlı araşdırma aparılır.

Source link