Səkiləri zəbt edən pilləkənlər: Məsələ həllini necə tapacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının bir çox ərazilərində yaşayış binalarının altında yerləşən iaşə
obyektlərinin pilləkənləri səkiləri zəbt edib.
Xüsusilə paytaxtın Yasamal və Nəsimi rayonu ərazilərində bu problemə daha çox
rast gəlinir.
Sakinlər deyirlər ki, bəzi səkilərdə addım atmağa yer olmadığı üçün avtomobil
yoluna çıxmağa məcbur qalırlar. Vətəndaşlar iddia edirlər ki, həmin ərazilərdə
qəzaların tez-tez baş verməsinin səbəblərindən biri də budur.
Obyekt sahibləri isə deyilənlərlə razı deyil. Hətta sakinlərin yalan
danışdığını bildirirlər.
Bəs, bu vəziyyətə görə kim məsuliyyət daşıyır?
Daha ətraflı Baku TV-nin süjetində: