7f23b51f-bc11-4c07-8aa4-82d53eb35ce6..jpg

Səkkiz ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 7 598 cinayət faktı aşkarlanıb

Baxış sayı: 427 dəfə baxılıb.

Səkkiz ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 7 598 cinayət
faktı aşkarlanıb

Hüquq mühafizə orqanları bu ilin yanvar-avqust ayları ərzində narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata
keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 598
cinayət faktı aşkarlayıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat
yayıb.

Həmin faktlardan 2 659-u narkotik vasitələrin qanunsuz satışı, 4 649-u
narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 260-ı qanunsuz olaraq
narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan
olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5
ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 722 kq
686,454 qr-nı heroin, 3 ton 349 kq 422,948 qr-nı marixuana, 236 kq 905,361
qr-nı tiryək, 50 kq 988,844 qr-nı həşiş, 750,831 qr-nı kokain, 318 kq 741,409
qr-nı psixotrop maddələr, 125 kq 042,665 qr-nı digər narkotik vasitələr təşkil
edib. Həmçinin göstərilən dövr ərzində 47 726 ədəd həb metadon, 14 164 ədəd
çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7 703 ədəd kapsul, 3 308 ədəd həb və
12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən
götürülüb.

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər
aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 407,6 hektar sahədən çəkisi
257 ton 546 kq 610,98 qr olan 869 387 ədəd yabanı halda bitmiş narkotik
tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 721 nəfər
cəlb edilib, onlardan 57 nəfəri xarici ölkə vətəndaşıdır.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop
maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 191 fakt
aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 531
kq 325,919 qr və 47 726 ədəd həb metadon narkotik vasitələr və 7 631 ədəd
kapsul, 3 128 ədəd həb və 12,95 qr güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 205-i qrup halında törədilmiş və həmin
faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 645 kq 485,666 qr və 580 ədəd metadon
narkotik vasitə, psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə
edilib. 2 127 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən
törədilmiş və onlardan 1 ton 221 kq 409,6 müxtəlif növ narkotik vasitə və
psixotrop maddə müsadirə edilib.

Bu ilin yanvar-avqust ayları ərzində qanunsuz dövriyyədən götürülən 5 ton 804
kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri
235 milyon 195 min manat kimi qiymətləndirilir

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2023-cü
ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən
faktların ümumi sayı 158, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı
55, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar
faktların sayı 237, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 9 fakt, məsuliyyətə
cəlb edilmiş şəxslərin sayı 309 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik
vasitələrin çəkisi isə 1 ton 394 kq 118,472 qr artıb.

Digər növ cinayət faktların sayı 42, narkotik xassəli bitkilərin qanunsuz
kultivasiya edilməsi ilə bağlı faktların sayı 92, qrup halında olan
cinayətlərin sayı isə 45 fakt azalıb.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının
müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 59
393 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin
edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1731 nəfərindən 956-nın
istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi
təmin edilib.

Source link