Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhər Prokurorluğu səkkiz aylıq uşağı vəzifəyə təyin etmiş məmur barəsində araşdırmalara başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə şəhər məhkəmə departamentinin “Twitter” hesabında məlumat yerləşdirilib.
Dövlət işlərində “dünyanın ən gənc əməkdaşı” kimi təqdim olunan azyaşlının videosu BƏƏ-nin Mülki Aviasiya İdarəsinin saytında yerləşdirilib və sosial şəbəkədə insanların narazılığına səbəb olub.
“Bizim ölkədə təhsilli qadın və kişilər iş tapa bilmirlər, amma siz azyaşlıya vəzifə vermisiniz!”, – istifadəçilərdən biri yazıb.
Video bir müddət sonra saytdan silinib.