Səkkiz dəfə boşanmış kişi doqquzuncu evlilikdən son anda imtina etdi

Baxış sayı: 1. 707 dəfə baxılıb.

Səkkiz dəfə boşanmış kişi doqquzuncu evlilikdən son anda imtina etdi

İngiltərənin Somerton şəhərinin sakini səkkiz dəfə boşanandan sonra doqquzuncu nikaha hazırlaşıb, lakin son anda bu addımdan vaz keçib.

“The Sun” nəşri məlumat verir ki, Ron Şeppard adlı kişinin ilk nikahı 1966-cı ildə qeydə alınıb. Bir il davam edən nikah boşanma ilə bitib. Bundan sonra Ron daha 7 dəfə evlənib və boşanıb. Onun sonuncu nikahı 2016-cı ildə sonlanıb.

Səkkiz uşaq atası olan Ron bu yaxınlarda yenidən evlənmək qərarına gəlib. 71 yaşlı kişinin yeni sevgilisi 30 yaşlı Rouz Hens olub. İnternetlə tanış olan cütlük artıq real tanışlığa keçib nişanlanmağa qərar veriblər.

Lakin Ron son anda bu fikirdən vaz keçib. Addımını qarşı tərəfin ona təzyiq etməsi ilə və əslində aralarındakı münasibətin sevgi olmaması ilə əlaqələndirib.

Şeppard onu da qeyd edib ki, hazırda münasibətlər haqqında kitab yazmaq istəyir. Çünki bu sahədə kifayət qədər təcrübəsi var.