Səkkiz yaşlı qız kələm şorabasından zəhərlənərək öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Biləsuvar rayonunda uşaq kələm şorabasından zəhərlənərək ölüb.
Cixisyolu.com-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Tellixanım Məmmədli ağır vəziyyətdə Biləsuvar
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
T.Məmmədliyə göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək
mümkün olmayıb. Onun ev şəraitində hazırlanan kələm şorabasından zəhərləndiyi
bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət