cbb1cc13-e2dd-4f52-b1cc-ae27de879f12..jpg

Səkkiz yaşlı qızını cinsi istismara sövq edən anaya ağır cəza verildi

Baxış sayı: 688 dəfə baxılıb.

Səkkiz yaşlı qızını cinsi istismara sövq edən anaya ağır cəza verildi

Pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm
oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz
Kərimovun sədrliyi ilə keçirilən iclasda ana və azyaşlını zorlayan iki nəfər
barəsində yekun məhkəmə aktı qəbul edilib.

İttihama görə azyaşlı, 2010-cu il təvəllüdlü (hadisə baş verən anda 8 yaşı
olan) Şəbnəm Əsgərova (ad, soyad şərtidir) öz doğma anası Ləman Əsgərova
(ad-soyad şərtidir) tərəfindən 100 manat müqabilində işlədiyi kafenin sahibi
Zakir Məmmədova (ad-soyad şərtidir) cinsi istismara məruz qalması üçün verilib.
Z.Məmmədov azyaşlınını özünə aid avtomobildə zorlayıb.

Bundan başqa, Şəbnəm anası ilə birlikdə Rüstəm Nəsirov (şərti ad-soyad) adlı
şəxsin evində kirayədə yaşayan zaman anası onun ev sahibi tərəfindən
zorlanmasına şərait yaradıb.

Hökmə əsasən, azyaşlının anası 15 il müddətinə, digər iki nəfər isə hər biri
18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Source link