c84d0624-ca8f-4964-bb16-4f610b2d2606.jpg

“Sələmçi Qiyas” həbs olundu

Baxış sayı: 194 dəfə baxılıb.

Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə
tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, onun barəsində Yevlax Rayon Polis Şöbəsində
cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan
tədbiri seçilib.

Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var.
Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.

Şikayətçilərin sayının artması istisna deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə və televiziyalarda “Sələmçi Qiyas”la bağlı
bir neçə dəfə məlumatlar yayılıb. Həmin məlumatlarda şikayətçilər sələmçinin
onlara 500 manat qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc
müqaviləsinə imza atdırdığını iddia ediblər.

Source link