a4a8d38d-c6fa-4e40-bbc3-f63866ad694c..jpg

Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib: “Bu şansı qaçırmayın” – FOTO

Baxış sayı: 843 dəfə baxılıb.

Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib: “Bu şansı qaçırmayın” – FOTO

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Qarabağ bölgəsində yaşayan erməni sakinlərə müraciət edib.

O, bu barədə “Twitter” hesabında yazıb:

“İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün
Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın”.

It’s time to set aside your illusions and come together in Baku to talk about
our shared future. 🇷🇺Peacekeepers are doing their part to ensure stability,
but it’s up to us, as 🇦🇿and 🇦🇲, to build a lasting peace. Don’t miss out on
this chance!#reconciliation
#peace

— Samad Seyidov (@SeyidSamad) March 14, 2023

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni
sakinləri növbəti görüş üçün Bakıya dəvət edib.

Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ
bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində
müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti
yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Source link