Səmədov həbsdə olan futbolçulara müraciət etdi

Baxış sayı: 3. 804 dəfə baxılıb.

Səmədov həbsdə olan futbolçulara müraciət etdi

Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbsdə saxlanılan futbolçular Aleksandr KokorinPavel Mamayevə müraciət edib.

ÇıxışYolu.Com xəbər verir ki, Səmədov tezliklə onların azadlığa çıxacaqlarına inandığını bildirib.

“Uşaqlar möhkəm olun. Əminəm ki, hər şey yaxşı olacaq və siz tezliklə bizimlə olacaqsınız. Uğurlar sizə uşaqlar”, – deyə futbolçu Birinci kanalın “Canlı yayım” verilişində deyib.

Qeyd edək ki, dekabrın 5-da Moskvanın Tver rayon məhkəməsi istintaqın vəsatətini təmin edərək A.Kokorin və P. Mamayevin həbs müddətinin uzadılması haqqında qərar çıxarıb. Onlar 2019-cu ilin 9 fevral tarixinədək həbsdə qalacaq.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.