Moskvanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbs edilən futbolçular – “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayevə dəstəyini ifadə edib.
ÇıxışYolu.Com xəbər verir ki, Səmədov ictimaiyyətin yaranmış vəziyyətdə tutduğu mövqedən narazılığını bildirib.
“Biz onları xeyli vaxtdır tanıyırıq. Bu futbolçuları həm peşəkar kimi, həm də insan kimi tanıyıram. Onları buna vadar edən çox əsaslı səbəb olmalıdır. Gəlin tələsik nəticələr çıxarmayaq. Məhkəmə və linç edilmə fərqli tərəflərdə dayanıb”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Kokorin və Mamayev Moskvada kafedə saldıqları dava ilə əlaqədar saxlanılıb. Onlar iki ay müddətində həbsdə qalacaqlar.