a584f73e-bce8-4126-a468-2d0c7ab921e5..jpg

Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayıldı: Qızından REAKSİYA

Baxış sayı: 396 dəfə baxılıb.

Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayıldı:
Qızından REAKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının
baxımsız olması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı aktyorun qızı Rübabə Səməndər
sosial şəbəkədə açıqlama yayıb.

O bildirib ki, bunlar yalan məlumatlardır və əks olunan görüntülər montaj
edilərək paylaşılıb.

R. Səməndər atasının məzarından foto paylaşaraq, – “Budur ailəmin məzarı.
Görün burada baxımsızlıqdan əsər-əlamət varmı?”, – deyə şərh yazıb:

“Allah bunu düzəldib paylaşanların bəlasını versin. Bu qədər şərəfsizlik
olmaz. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların
varislərinin heysiyyatı ilə oynayan hər kəs mənim yaşadığımı yaşasın. Mənim
kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qımıldanar. Amma
inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə
Allaha tapşırıram belələrini”.

Source link