45bf7331-bc37-457f-a31f-c386b56f36d3..jpg

Şəmkir Rayon Uşaq Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 690 dəfə baxılıb.

Şəmkir Rayon Uşaq Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi
məhkəməyə göndərilib

Şəmkir Rayon Uşaq Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi
məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin
tabeliyində olan Şəmkir Rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin
qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İstintaq zamanı Arif Hacıyevin həmin xəstəxananın Həkim Məsləhət
Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik
dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil
etməsinə əsaslı şübhələr müəyyən olunub.

Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Source link