2710bb3b-5ddb-4913-a120-34dcf172cc9a..jpg

Şəmkirdə 2 uşaq anasının qətlinin bəzi təfərrüatı məlum olub – YENİLƏNİB

Baxış sayı: 882 dəfə baxılıb.

Şəmkirdə 2 uşaq anasının qətlinin bəzi təfərrüatı məlum olub – YENİLƏNİB

Şəmkir rayonunun Sabirkənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə
Zahid qızı Şərəfovanın qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə qadının ata evində baş
verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid
oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın
bıçaqlanıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Ş.Şərifli polis əməkdaşları tərəfindən
saxlanılıb.

Qeyd edək ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma
aparılır.

18:58

Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü Qənirə Şərəfova
bıçaqla qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis
kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun
Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq
xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək
müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı,
1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli
şəxs saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam
etdirilir

18:30

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Cixisyolu.com-ın məlumatına görə, rayonun Sabirkəndində Qənirə Şərifova öldürülüb.

Hadisəni 1992-ci təvəllüdlü Şaiq Şərəfli törətməkdə şübhəli bilinib. O,
mərhumun qardaşıdır.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link