aa001e2a-e9d0-4de4-9d01-ebc3cde2a6f6..jpg

Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb

Baxış sayı: 281 dəfə baxılıb.

Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Cixisyolu.com-ın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1997-ci il təvəllüdlü Elmar İsmayılov bıçaq xəsarəti ilə
xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupunun baş inspektoruEşqin Qasımov Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib
ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq
tədbirlər həyata keçiriblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, Hüseyn Abbasov
həmyerlisi Elmar İsmayılov ilə rayon ərazisindəki kafelərin birində olan zaman
sərxoş halda mübahisə etmiş və nəticədə kəsici-deşici alətlə sonuncuya xəsarət
yetirib. Hazırda H. Abbasovun yerinin müəyyən edilərək saxlanılması
istiqamətində zəruri tədbirlər davam etdirilir.

Source link