Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb.
Bıçaqlanan şəxs, 1991-ci il təvəllüdlü Nahid Qələndərov xəstəxanaya
yerləşdirilib. 32 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu
bildirilir.
Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.