0c392517-92f4-472a-adc2-db32da8dc6bf..jpg

Şəmkirdə 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Baxış sayı: 861 dəfə baxılıb.

Şəmkirdə 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə beş gün əvvəl 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs
saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.

Belə ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il
təvəllüdlü Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə
şübhəli bilinən rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Cəlilov saxlanılaraq
istintaqa təhvil verilib.

Source link