8bcefe17-5b83-4ae8-a15d-58b43fdb1d02..jpg

Şəmkirdə ağır qəza: Ölən və xəsarət alanlar var – YENİLƏNİB + FOTO

Baxış sayı: 432 dəfə baxılıb.

Şəmkirdə ağır qəza: Ölən və xəsarət alanlar var – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayon Yeniabad kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional
qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki, “Ford” və “Lada” markalı avtomobillərin toqquşması zamanı
“Lada” yanıb.

Hadisə nəticəsində “Lada”nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov
ölüb, 2007-ci il təvəllüdlü Məhəmməd Hümbətov isə xəsarət alıb.

“Ford” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu da
müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

14.10.2023, 23:04

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi
yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Lada Priora” markalı minik
avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından
Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin
əməkdaşları cəlb olunublar.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.

Source link