9e67a8b0-9ee9-4fa9-807e-284d84319e17..jpg

Şəmkirdə avtomobil aşıb, iki nəfər xəsarət alıb

Baxış sayı: 982 dəfə baxılıb.

Şəmkirdə avtomobil aşıb, iki nəfər xəsarət alıb

Şəmkir rayonunun Sabirkənd kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması
nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü
Lamiyə Qəribzadə xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link