5dce7991-1799-47ac-acd9-5d4cdf046a28..jpg

Şəmkirdə bəzi çoxmərtəbəli yaşayış binalarının liftləri işləmir – VİDEO

Baxış sayı: 603 dəfə baxılıb.

Şəmkirdə bəzi çoxmərtəbəli yaşayış binalarının liftləri işləmir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonu, Kür qəsəbəsi, Şəhriyar küçəsi 5 ünvanında yerləşən
doqquzmərtəbəli binanın lifti üç ilə yaxındır ki, işləmir.

Xezerxeber.az-ın məlumatına görə, lift var, amma işləmir. Mövcud vəziyyət isə
sakinləri çətinliyə salıb.

Sakinlərin dediyinə görə, binanın lift problemi düz üç il əvvəl başlayıb.
Həmin vaxta qədər işləyən və istismar müddətini başa vuran lift yenisi ilə
əvəzlənib. Amma yeni lift hələ də sakinlərin istifadəsinə verilməyib.

Qəsəbənin Mənzil Təmir İstismar Sahəsindən bildirirlər ki, problemin həlli
ancaq sənədləşmə məsələləri ilə əlaqədar yubanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, məsələ araşdırılıb
cavab veriləcək.

Qeyd edək ki, qəsəbədə Səməd Vurğun küçəsində yerləşən digər doqquzmərtəbəli
bina da liftlə bağlı eyni aqibəti yaşayır.

Ətraflı Xəzər TV-nin süjetində:


Source link