3f90c37c-22ef-4314-8ee3-0603378d7e38..jpg

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

Baxış sayı: 347 dəfə baxılıb.

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb.

Cixisyolu.com xəbər verir ki, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə
Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında
silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və
sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı,
2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif
kalibrli avtomat patronları aşkar olunub.

Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam
etdirilir.

Source link