Şəmkirdə istixana ərazisində güclü yanğın olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb.
“Report”un Qərb bürosunun məlumatına görə, yanğın nəticəsində istixananın
ərazisində ümumi sahəsi 52 kvadratmetr olan qazanxananın taxta atmaları, 1 ton
yağ çəlləyi və ona bitişik olan 160 kvadratmetr talvar yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə
Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. İstixana yanğından mühafizə olunub.
Hadisənin səbəbləri araşdırılır.