Şəmkirdə kütləvi dava

Şəmkirdə kütləvi dava

Baxış sayı: 8. 888 dəfə baxılıb.

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

ÇıxışYolu.Com “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, hələlik məlum olmayan səbəbdən baş vermiş kütləvi dava zamanı Şəmkir rayon Könüllü kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Elgün və Gəncə şəhər sakinləri – 1987-ci il təvəllüdlü Babayev Emin Nazim oğlu, 1971-ci il təvəllüdlü Boldurov Elçin Ələsgər oğlu müxtəlif bədən xəsarətləri alıblar. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hər üç şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

S.T.
www.ÇıxışYolu.Com