d535358e-6e7e-4c7b-ad9c-52855d61e15a..jpg

Şəmkirdə narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Baxış sayı: 947 dəfə baxılıb.

Şəmkirdə narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs
olunub.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, yanvarın 28-də saat 23 radələrində Şəmkir rayonu ərazisində
yerləşən Yol Patrul Xidməti Alayının postunda Gəncə şəhər sakini Murad
İbrahimovun idarə etdiyi “Toyota” markalı avtomobil işıq cihazlarından düzgün
istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən
saxlanılıb.

Sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında
olması müəyyən edilib.

M.İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci
maddəsinə əsasən, protokol tərtib edilib.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 2 il müddətinə sürücülük hüququndan
məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub.

Source link