Şəmkir rayonunda evə maskalı şəxs basqın edib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etdiyini bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.