966c48e8-1833-4d34-af2b-5b9a3499ed04.webp

Şəmkirdə qətl törədilib: Saxlanılan var

Baxış sayı: 30 dəfə baxılıb.

Şəmkirdə qətl törədilib, saxlanılan var.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 21 radələrində Şəmkir rayonunun Mahmudlu kənd sakini İ.
Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə rayonun polis şöbəsinə
məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə
şübhəli bilinən A.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link