9bbe4e1d-bac3-4f86-a062-8049e6c5d7b9..jpg

Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Baxış sayı: 2. 955 dəfə baxılıb.

Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları
tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar
şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində
keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan
qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ
qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada
tədbirlər görülüb.

Monitorinq zamanı qanunsuz olaraq balıq ovu məşğul olan Şəmkir rayon sakini
Babək Yusifov saxlanılıb. Onun ovladığı 30-dan çox daban (karas) və sıf balığı,
qayıq və digər avadanlıqlar maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı
saxlanılan şəxsin təbiətə 1067 manat miqdarında zərər vurması müəyyən edilib.
B. Yusifov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu
və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri,
qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və
digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların
müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması
həyata keçirilir.

Source link