8d871546-1afb-4993-9a52-8a109b266d29..jpg

Şəmkirdə qanunsuz saxlanılan ov silahları polisə təhvil verilib – FOTO

Baxış sayı: 555 dəfə baxılıb.

Şəmkirdə qanunsuz saxlanılan ov silahları polisə təhvil verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz
saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə
biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və
profilaktiki tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 17 nəfər rayon sakini
müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibr ov silahlarını polisə
könüllü təhvil verib.

Bununla da şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki
tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində ümumilikdə aşkarlanan
silahların sayı 105-ə çatıb.

Qeyd edək ki, aşkarlanan silahlardan 7-si yivli silahlar sinfinə aiddir.

Source link