ef1cc90f-6d00-4352-a696-91c859a9c547..jpg

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var – YENİLƏNİB + VİDEO

Baxış sayı: 735 dəfə baxılıb.

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var –
YENİLƏNİB + VİDEO

Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə
bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis
kapitanı Eşqin QasımovCixisyolu.com-a bildirib ki, ilkin araşdırmalar nəticəsində
hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107
markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması
nəticəsində baş verməsi məlum olub.

“Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə
zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

19:23

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların
sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis
kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosunun verdiyi məlumata görə,
hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana
gedib.

“Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə
şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

18:15

Şəmkirdə valyutadəyişmə məntəqəsində törədilən partlayış nəticəsində iki nəfər
xəsarət alıb.

“Report” xəbər verir ki, Şəmkir şəhər ərazisində fəaliyyət göstərən valyuta
dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il
təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılması nəticəsində baş verdiyi
bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Source link