Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb

Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb

Baxış sayı: 3. 092 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ÇıxışYolu.Com