Şəmkirdə yeniyetmə 51 yaşlı kişini bıçaqladı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni
törətməkdə şübhəli bilinən şəxs 2007-ci il təvəllüdlü Ü.Cəfərovdur.
Qeyd edək ki, hadisə toy mərasimində şəxsi münasibətlər zəminində olub.
21:22
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, rayon sakini, 1973-cü il təvəllüdlü Elsəvər Əkbərli
bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib
51 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu
bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.